
Türkiyədə ötən ay bağlanan Ekol TV barəsində istintaq başladılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən kanalla bağlı çirkli pulların yuyulması və qanunsuz mərc ittihamları ilə başlanan istintaq genişləndirilib.
Məlumata görə, istintaq çərçivəsində Ekol TV-nin baş redaktoru Emrah Doğru, “mərc oyunları baronu” kimi tanınan Veysel Şahin, iş adamı Mübariz Mənsimov, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şenin də adı istintaq materiallarına daxil edilib.
Ümumilikdə 12 şübhəlinin adının hallandığı istintaq materialları kifayət qədər dəlil olmadığı üçün İstanbul Baş Prokurorluğuna göndərilib.