Filippində zibil poliqonunda zibil və tullantıdan ibarət təpənin uçması nəticəsində azı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, zibil, torpaq və müxtəlif tullantılardan ibarət böyük kütlə Sebu şəhərinin Binaliv kəndində yerləşən poliqonda tikililərin üzərinə çöküb. Hadisə nəticəsində poliqon işçiləri də daxil olmaqla onlarla insan zibil axınının altında qalıb.
Xilasedicilər 13 nəfəri sağ çıxarıb, hazırda dağıntılar altında qalan 38 nəfərin axtarışı davam edir.