Bakı.Trend:
Tacikistan Respublikasının hüquq mühafizə orqanları iləcinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davametdirilir.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarasıaxtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, TacikistanRespublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanınverilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatətiAzərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təminedilib.
Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyənedilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətliorqanlarına təhvil verilib.