Qrenlandiyalıların 85 faizi Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inandıqları üçün amerikalı olmaq istəmirlər.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə “Verian” şirkəti tərəfindən aparılan sorğuya istinadla məlumat yayıb. Məlumata görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-dakı cinayətkarlıq və bahalı səhiyyə xidmətlərindən narahatdır.
Nəşr ABŞ-ın Qrenlandiyanın 57 min sakininə könüllü olaraq Amerika vətəndaşlığına müraciət etdikləri təqdirdə onların hər birinə pasport və 1 milyon dollar təklif edə, İlon Maskın isə onlara “Tesla” elektromobili verə biləcəyi iddiasını irəli sürüb.
Qeyd edək ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. O, 2025-ci ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməyib. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb.