AZ

"Yanına getməyə icazə olsa idi, övladından qabaq mən gedərdim" - Manaf Rəqsanədən incidi

Manaf Ağayev canlı yayımda müğənni Rəqsanə İsmayılovadan danışıb. iddialarına cavab verib.
 
Sənətçi "Tarixin bir günü" verilişində Rəqsanənin iddialarına cavab verib.
 
 Manaf həmkarından ncidiyini deyib:
 
"Mən Aysunun ""Manaf məni axtarmayıb" deməsindən çox incidim. Bizdə adətdir ki, evin kişisi ilə danışarlar. Fazil bəy ilə bir ay, hər gün danışmışam, artıq məndən bezmişdi. Həbsə gedən bir ortaq dostumuzla ona 500 manat pul göndərmişəm. O pul ona çatmayıbsa mən nə edə bilərəm? O insana ar olsun. O adamı tapdım, dedim sən məni biabır etdin. Yoldaşı ilə, ortaq dostlarımızla, əlimdən gələn hər şeyi etmişəm. Yanına getməyə icazə olsa idi, övladından qabaq mən gedərdim. Bunu bu aləmdə hər kəs bilir".
 
Xatırladaq ki, "Tarixin bir günü" verilişinin ötən buraxılışlarında qonaq olan Manaf Ağayev, həbsdə olan Rəqsanə İsmayılovaya yardım üçün maddi dəstək olduğunu demişdi. Rəqsanə isə həbsdən azad olunduqdan sonra sənətçinin bu ifadələrini yalanlayaraq "Manafdan mənə heç bir dəstək olmayıb" sözlərini demişdi.

 
 

Seçilən
89
4
7news.az

5Mənbələr