AZ

“Real” Xabi Alonsonun xahişini yerinə yetirməyəcək

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Madrid “Real”ı klubu baş məşqçisi Xabi Alonsonun xahişinə baxmayaraq, yanvar transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırmır.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, ispan mütəxəssis yarımmüdafiə xəttinin gücləndirilməsini istəyib. Lakin “Kral klubu”nun rəhbərliyi bu qış yeni transferlərin həyata keçirilməsində maraqlı deyil.

İspaniya çempionatında keçirilən 19 oyundan sonra “Kral klubu” 45 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Real” lider mövqedə olan Kataloniya təmsilçisi “Barselona”dan dörd xal geri qalırlar. Yanvarın 11-də prinsipial rəqiblər İspaniya Superkubokunun finalında üz-üzə gələcəklər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
icma.az

2Mənbələr