AZ

Stomatoloqların kütləvi etirazı: TƏBİB 1140 həkimi ixtisar etmək istəyir - ARAŞDIRMA

Regionlarda stomatoloqların kütləvi ixtisarı ilə bağlı narazılıq

Bu yaxınlarda APA-nın redaksiyasına daxil olan şikayətlərdən birinin məzmunundan məlum oldu ki, regionlardakı dövlət xəstəxanalarında stomatoloqların kütləvi ixtisarına başlanılıb. Həmin vaxt məsələ ilə bağlı sorğumuza cavab verən TƏBİB-dən bildirildi ki, ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib. Bu səbəbdən də ixtisarların aparılması məqbul hesab edilib.

TƏBİB-in mövqeyi həkimləri qane etmədi

TƏBİB-in bu reaksiyası ilə qane olmayan sözügedən stomatoloqların etirazı isə daha da dərinləşib. Belə ki, Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in regionlardakı stomatoloqlarla bağlı kütləvi ixtisarların aparılması qərarına etiraz edirlər. Stomatoloqlar bu qərarın əsassız və ədalətsiz olduğunu bildirir, qərarın ləğvini tələb edirlər. Hətta bununla bağlı bir neçə dəfə TƏBİB-in binası önündə toplaşaraq etiraz ediblər. Belə etirazlardan biri də dünən baş verib.

TƏBİB-in binasının qarşısına, təxminən, 100 nəfərə yaxın həkim toplaşıb. Onların bir qismi binaya daxil olub. Həkimlər TƏBİB-in səlahiyyətli bir şəxsinin üzə çıxmasını, onların suallarını cavablandırmasını istəyiblər.

Stomatoloq: 33 ildir işləyirəm, bu gündən sonra nə edim?

Yevlax rayonunda fəaliyyət göstərən stomatoloq Xavər Babayeva APA-ya açıqlamasında əsassız şəkildə ixtisar edildiklərini bildirib: “Bizim heç bir günahımız yoxdur. Heç bir təminat vermirlər, heç bir avadanlıqla təmin etmirlər. Cəmi 500 manat maaş verirlər. 33 ildir stomatoloq işləyirəm. Bu gündən sonra mən harada işləməliyəm? Nə işlə məşğul olmalıyam ki, 5 il sonra təqaüdə çıxa bilim?!”

130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür?

Stomatoloq Ülkər Qazıyeva artıq üçüncü dəfədir TƏBİB-in binasının qarşısında toplaşdıqlarını deyib: “Mən Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim-stomatoloq var. 19-nu ixtisar edib, cəmi 3 stomatoloq saxlayıblar. 130 min əhaliyə 3 həkim-stomatoloqun xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər, imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”

Regionlar üzrə 1140 həkimi ixtisar etmək istəyirlər

Xaçmazdan gələn stomatoloq Aydın Rəşidov isə bildirib ki, 184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var: “Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”.

TƏBİB: stomatoloji xidmətlərin əksəriyyəti sığortaya daxil deyil

TƏBİB-dən məsələ ilə bağlı bildirilib ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.

Maliyyə səmərəsizliyi və optimallaşdırma arqumentləri

Qeyd edilib ki, təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib: “Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb”.

Qanunvericilik əsasları ilə bağlı TƏBİB-in istinadı

TƏBİB-dən əlavə olaraq qeyd edilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir: “Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.

2025-ci ildə 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb

Seçilən
77
7
aznews.az

10Mənbələr