AZ

Fransada aqrar narazılıq: Jordan Bardellanın partiyası hökumətə qarşı etimadsızlıq təklifi verəcəyini açıqlayıb

Paris, 9 yanvar, AZƏRTAC

Fransanın Milli Birlik Partiyasının (RN) prezidenti Jordan Bardella yanvarın 8-də bildirib ki, partiyası baş nazir Sebastyən Lökornünün rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq təklifi (motion de censure) irəli sürəcək. Bu açıqlama Fransanın “Aİ–Mercosur” azad ticarət sazişinə qarşı səs verməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

AZƏRTAC xəbər verir ki, J.Bardella prezident Emmanuel Makronu tənqid edərək, onun mövqeyini “gecikmiş və riyakar kommunikasiya manevri” adlandırıb.

Onun sözlərinə görə, Makron illərlə danışıqlar apararkən Fransanın maraqlarını müdafiə etməyib və indi sazişə qarşı çıxması sadəcə səhnələşdirmədir. RN lideri bu sazişi fransız fermerlərinə xəyanət kimi qiymətləndirib və bildirib ki, Milli Birlik iki etimadsızlıq təklifi verəcək: “Biri Fransa Milli Assambleyasında hökumətə qarşı, digəri isə Avropa Parlamentində Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasına qarşı”.

Qeyd edək ki, Emmanuel Makron “Aİ–Mercosur” sazişinə rəsmi şəkildə qarşı çıxmaq qərarını əsaslandıraraq, bu razılaşmanın iqtisadi qazancının məhdud olduğunu və kənd təsərrüfatı sektorunu, eləcə də Fransanın ərzaq suverenliyini riskə atdığını bildirib.

Seçilən
58
azertag.az

1Mənbələr