Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ötən gecə mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüşmək ehtimalı haqda sualı bu cür cavablandırıb:
"Mən onu görmüşəm və o, yaxşı insan kimi görünür. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm".
Tramp İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini vurğulayıb:
"Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Düşünmürəm ki, bu, mütləq doğru addımdır".