AZ

Tramp Rusiyanın “Marinera” tankerinin saxlanılmasını şərh edib

Bakı. Trend:

Atlantik okeanında amerikalı hərbçilər tərəfindən saxlanılanRusiya bayrağı altında üzən “Marinera” tankerini Rusiya gəmilərimüşayiət etsə də, onlar Birləşmiş Ştatlara “baş qoşmamağa” qərarverdilər və çıxıb getdilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampyerli telekanallardan birinə verdiyi müsahibədə deyib.

“Bilirsiniz, biz ora çatmış Rusiya yük gəmisini ələ keçirdik ...Orada onu qoruyan rus gəmiləri də var idi. Onlar bizə “başqoşmamağa” qərar verdilər və biz həmin gəmini ələ keçirdik. İndionlar gəmidən nefti boşaldırlar,” – Tramp bildirib.

Qeyd edək ki, “Marinera” tankeri yanvarın 7-də Atlantikokeanının şimalında saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasınıkeçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altındaüzüb. Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağıaltında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsindəRusiya vətəndaşlarının olduğunu təsdiqləyib.

Məqalədə:
Seçilən
59
az.trend.az

1Mənbələr