AZ

“İran rəsmiləri Fransa vizası almağa üstünlük verir...”

Adelet.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Rusiyaya aid yük təyyarələri Tehrana eniş edib və onların vasitəsilə İrandan xeyli miqdarda qızıl çıxarılıb. İran rəhbərliyi ən pis ssenariyə, yəni "hakimiyyətin mümkün çöküşünə" hazırlaşır”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“Rusiya yük təyyarələrinin Tehrana böyük ehtimalla silah və sursat, geriyə isə Xameneyinin qızıllarını daşıyırlar. İran rəsmiləri isə daha çox Fransa vizası almağa üstünlük verir. Bir çox ölkələr vətəndaşlarını İranı tərk etməyə çağırıb. Vəziyyət getdikcə daha da gərginləşir. İranın hazırda etiraz aksiyasını idarə edəcək, müxtəlif etnik qrupların qəbul edə biləcəyi vahid liderə böyük ehtiyacı var. Pəhləvi bu kriteriyalara cavab vermir”, - deyə o, bildirib.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
1
adalet.az

2Mənbələr