AZ

Qurban Qurbanov: “Çempion olmaq üçün sonadək vuruşacağıq” MƏTBUAT KONFRANSINDA

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Daxilimdə həmişə bir narahatlıq hissi olub”.

İdman.Biz-in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis turnir cədvəlində ikinci yerdə olmaları ilə bağlı fikirlərini bölüşüb:

“Çempionatda iştirak edən komandaların arzuları və motivasiyası böyükdür. Onların beynəlxalq uğurlarına sevinirik. Biz iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün sonadək vuruşacağıq. Hər mövsüm mütləq çempion olmalısan deyə bir qayda yoxdur. Turnirlərdə lider və qalib dəyişə bilir. Əgər hansısa klub çempion ola bilmirsə, bu onun iddiasından əl çəkdiyi anlamına gəlmir. Premyer Liqa gərgin mübarizə şəraitində keçir, rəqiblər iddialıdır və gələcəklərini planlı şəkildə qururlar.”

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
icma.az

2Mənbələr