Bakı. Trend:
İnformasiya sistemlərinin vahid yanaşma əsasında qurulması vəinkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi vəmərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyəidarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyinartırılmasını təmin edəcək.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayevnazirlikdə keçirilən rəqəmsal idarəetmə və elektron informasiyasistemləri üzrə İşçi Qrupun iclasında bildirib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci iltarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsindərəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlıgeniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu,ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahidekosistem kimi formalaşdırılır.
İclasın gündəliyinə uyğun olaraq Rəqəmsal Maliyyə Mərkəzitərəfindən Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiyasistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivəəsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlərmüzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlarkeçirilib.
Təqdimatlar zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiyasistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi(BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı,eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumatverilib.
Qeyd edilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemiçərçivəsində maliyyə sistemlərinin “bir çətir altında”mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir.E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrəmüqavilələrin bağlanması, icrası və monitorinqi tam elektronmühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isəilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə,avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahidyanaşmanın tətbiqinə imkan yaradacaqdır.
Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 addaciddi hesabat blankının tam elektronlaşdırılması hesabına kağızdövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək.E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinəyetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse”yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitininformalaşdırılmasına, analitika və qərar qəbul etmənindəstəklənməsinə xidmət edəcək.
İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dairməlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı,sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə dətexniki, institusional və normativ istiqamətlər üzrə nəzərdətutulan tədbirlər müzakirə edilib.
Nazir Sahil Babayev qarşıya qoyulan vəzifələrin icrasındaəlaqələndirilmiş fəaliyyətin və ardıcıl islahatların vacibliyiniqeyd edərək, rəqəmsal maliyyə idarəçiliyinin daha datəkmilləşdirilməsinin Nazirliyin əsas prioritetlərindən biriolduğunu diqqətə çatdırıb, müvafiq tapşırıqlar verib.