“2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 1000 ton Qazaxıstandan və 5580 ton Rusiyadan olmaqla ümumilikdə 6580 ton taxıl, eləcə də 1210 ton Azərbaycan benzini daşınıb”.
"8 yanvar 2026-cı il tarixinə qədər Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı daxil olub, daha 4103 ton isə tranzitdir. 7600 ton Azərbaycan neft məhsulları da tranzitdədir, o cümlədən 6100 ton benzin və 1500 ton dizel yanacağı.
Əvvəllər qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin ötən ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama qədər azalacağı gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu proseslərlə əlaqədar olaraq neft məhsulları satan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışırlar".