“Ukraynanın gələcək müdafiəsində ABŞ-nin iştirakına sadiq qalıram”.
“Cebhenfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə açıqlamasında deyib. ABŞ lideri “ABŞ Rusiyanın atəşkəsi pozub ölkəyə yenidən hücum edəcəyi təqdirdə Ukraynanı müdafiə etmək üçün müharibəyə hazırdırı?” sualına belə cavab verib.
Trampın bu fikirləri Rusiyanın bir daha hücuma cəhd etməyəcəyinə əminliyinə əsaslanır. "Mən qəti şəkildə inanıram ki, onlar bir daha hücum etməyəcəklər, əks halda mən buna razı olmazdım", - deyə Tramp bildirib.
Məlum olduğu kimi, müharibəyə son qoymaq üçün danışıqların bir hissəsi olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ də daxil olmaqla Qərb ölkələrindən təhlükəsizlik zəmanəti istəyir.
Nəşr yazır ki, Tramp əvvəlkindən fərqli olaraq belə bir öhdəlik imzalamağa hazır olduğunu nümayiş etdirib:
“Eyni zamanda, Trampın sözləri göstərdi ki, o, Rusiya ilə təxminən bir illik danışıqlardan sonra müharibənin bitməməsinə baxmayaraq, Putinin sülh istəyinə əmindir.Çünki "Düşünürəm ki, o, razılaşma əldə etmək istəyir. Amma mən bu barədə düşünürəm - uzun müddətdir ki, düşünürəm", - deyə Amerika lideri müsahibədə bildirib”.
Yeni bir işğal halında ABŞ və müttəfiqlərinin Ukraynaya hərbi dəstək verməsini barədə sual verildikdə, Tramp həmsöhbətinin sözünü kəsərək ABŞ-nin belə bir vəziyyətdə ikinci dərəcəli rol oynayacağını vurğulayıb.
"Gəlin bunu belə deyək: müttəfiqləri, bütün Avropa, iştirak edən digər ölkələr və ABŞ", - deyə o bildirib.
Bundan əlavə, Tramp iddia edib ki, artıq Putinlə razılığa gəldiyi, lakin Zelenskinin razılaşmadan imtina etdiyi hallar olub. Lakin bunun əksinin olduğu vaxtlar da olub.
"Düşünürəm ki, hər ikisi indi razılaşma əldə etmək istəyir, amma bunun necə olacağını görəcəyik", - deyə o əlavə edib.