Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Samir Abasov “Neftçi”nin baş məşqçi postundan ayrıldıqdan sonra nə ölkə xaricindən, nə də yerli klublardan təklif alıb.
O, hazırda gözləmə mövqeyində olduğunu söyləyib.
“Hazırda işsizəm, heç bir klubdan təklif almamışam. Mətbuatda tirajlanır ki, bəzi xarici klublardan təkliflər gəlir, amma belə bir şey yoxdur. İnşallah, xeyirlisi olar”, - deyə o, “Report”a açıqlamasında bildirib.
Qeyd edək ki, Samir Abasov son olaraq “Neftçi”ni çalışdırıb. O, ötən ilin noyabrında komandadan göndərilib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.