AZ

Maaş üstündə fikir ayrılığı yarandı, icarə müqaviləsi rəsmiləşmədi

“Zirə”də çıxış edən Fuad Bayramovun “Qəbələ”yə keçidi baş tutmayıb.

Sol cinah müdafiəçisinin mövsümün sonuna qədər icarə əsasında əyalət təmsilçisində forma geyinəcəyi gözlənilsə də, tərəflər arasında danışıqlar uğursuz nəticələnib.

2024-cü ilin yayından “Zirə”də olan 27 yaşlı futbolçunun maliyyə tələbləri “qırmızı-qaralar“a uyğun gəlməyib. Belə ki, o, Premyer Liqada qalmaq mücadiləsi verən region klubundan 5000 manat əməkhaqqı istəyib.

Cari mövsümdə hələlik rəsmi oyun şansı əldə etməyən Bayramovdan güzəşt gözlənilsə də, o, dediyi rəqəmdən aşağı düşməyib.

“Qobu“ ləqəbli cinah oyunçusunun “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

SPORTİNFO.AZ

Seçilən
48
sportinfo.az

1Mənbələr