AZ

“Qarabağ”ın gündəmində olan futbolçu komandasına qoşuldu 

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçusu Xuan Kordoba ilə maraqlanığını xəbər vermişdik.

İdmanxeber.az “transferfeed.com”a istinadən xəbər verir ki, Ağdam klubu Xorvatiya təmsilçisinin 22 yaşlı kolumbiyalı vingerini heyətinə qatmağı planlaşdırır.

Bir müddətdir əsas komandadan kənarda qalan futbolçunun bu yay iki dəfə icarəyə verilməsi nəzərdə tutulsa da, bu keçidlər baş tutmayıb.

Belə ki, Kordobanın əvvəlcə “Sportinq Xixon”, daha sonra isə “Hyuston Dinamo”ya keçidi dizindəki problem səbəbindən tibbi baxışdan keçə bilməməsi ucbatından reallaşmayıb.

Kolumbiyalı forvardın zədəsini tam sağaltdığı bildirilir. O, artıq komandasının Sloveniyada davam edən qış toplanışına qoşulub. Kordoba 6 ay sonra kollektivlə məşqlərə başlayıb.

Qeyd edək ki, Xuan Kordoba 2024-cü ilin avqustunda Zaqreb “Dinamo”suna transfer olunub. Onun klubla müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 850 min avrodur. Kordoba Kolumbiyanın U-20 millisində 7 oyunda 1 qol vurub.

Seçilən
15
1
idmanxeber.az

2Mənbələr