AZ

2025-ci ildə Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə 1210 ton benzin daşınıb - Nazir

Bakı. Trend:

2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu vasitəsiləErmənistana 6580 ton taxıl idxal edilib. Bunun 1000 tonuQazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir. Həmçinin ölkəyə 1210ton Azərbaycan benzini də daxil olub.

Trend xəbərverir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan“Facebook” səhifəsində paylaşım edib.

"2026-cı il yanvarın 8-nə olan məlumata görə, Azərbaycanərazisindən Ermənistana dəmir yolu ilə 8485 ton Rusiya taxılı daxilolub, bundan başqa 4103 ton taxıl da yoldadır. Həmçinin 7600 tonAzərbaycan neft məhsulu da yoldadır ki, bunun 6100 tonu benzin,1500 tonu isə dizeldir.

Əvvəlcədən qeyd olunduğu kimi, benzin və dizelin qiymətindəəvvəlki ayla müqayisədə litr başına 80 dramadək ucuzlaşmagözlənilir. Bu inkişaf fonunda digər yanacaq satışı ilə məşğul olanşirkətlər də qiymətlərin azaldılması istiqamətində iş aparır", -deyə Gevorq Papoyan bildirib.

Seçilən
56
11
az.trend.az

10Mənbələr