AZ

“Onlara quruda zərbə endirəcəyik”

ABŞ Latın Amerikasının narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlamağı planlaşdırır. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib. 

“Biz ABŞ-yə dəniz yolu ilə narkotik qaçaqmalçılığının 97%-ni dayandırmışıq və indi quruda kartellərə zərbə endirməyə hazırlaşırıq”, - o deyib. 

Bununla belə, ABŞ lideri bu əməliyyatlar zamanı hansı ölkələrin ərazisinə zərbələr endirilə biləcəyini açıqlamayıb.

"Cebheinfo.az"

Seçilən
36
3
cebheinfo.az

4Mənbələr