Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın Lvov vilayətinə“Oreşnik” raket kompleksi ilə zərbələr endirdiyini təsdiqləyib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Ukrayna ərazisində yerləşən kritik əhəmiyyətli obyektlərə qarşıqurudan və dənizdən buraxılan, uzaqmənzilli yüksək dəqiqliklisilahlarla, o cümlədən ortamənzilli “Oreşnik” mobil yerüstü raketkompleksi, həmçinin zərbə tipli pilotsuz uçuş aparatları iləkütləvi zərbə endirilib”, – deyə Rusiya Müdafiə Nazirliyininməlumatında qeyd olunub.
Qurum təsdiqləyib ki, hücum 2025-ci il dekabrın 29-na keçən gecəKiyevin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəyerləşən iqamətgahını vurmaq cəhdinə cavab olaraq həyata keçirilib.Rusiya Müdafiə Nazirliyinin açıqlamasında zərbənin qarşıya qoyulanməqsədlərə çatdığı vurğulanıb.
“Oreşnik” əvvəllər hazırlanmış RS-26 “Rubej” sistemi əsasındayaradılmış və 2025-ci ildə Rusiya ordusunun sərəncamına verilmişortamənzilli mobil yerüstü ballistik raket kompleksidir. Komplekstəxminən 5 500 km məsafədə yerləşən hədəfləri vurmaq imkanınamalikdir və təqribən 10 Max (təxminən 12 000 km/saat) sürət inkişafetdirir ki, bu da onu müasir hava hücumundan müdafiə vasitələriüçün son dərəcə çətin hədəfə çevirir. Raket adi və nüvə döyüşbaşlıqları, o cümlədən müstəqil hədəflənən bir neçə döyüş blokudaşıya bilər ki, bu da onun strateji tətbiq imkanlarınıgenişləndirir. Kompleks təkərli mobil buraxılış qurğusu (TEL)üzərində yerləşdirilib, bu isə mövqelərin sürətlə dəyişdirilməsinitəmin edir və buraxılışın qabaqcadan müəyyənləşdirilməsiniçətinləşdirir.