AZ

Sumqayıtda zavodda partlayış: Xəsarət alan var

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
86
29
cebheinfo.az

10Mənbələr