AZ

ABL: "Sumqayıt" "Naxçıvan"la üz-üzə

Azərbaycan Basketbol Liqasının 12-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun baş tutacaq.

Günün yeganə qarşılaşmasında B qrupunda yer alan “Naxçıvan” ilə “Sumqayıt” üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində keçiriləcək və saat 20:00-da başlayacaq.

“Naxçıvan” 19 xalla qrup ikincisidir. “Sumqayıt” isə 14 xalla altıncı yerdədir.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib.

12-ci tura yanvarın 11-də yekun vurulacaq.

ABL
12-ci tur
9 yanvar

20:00. Naxçıvan - Sumqayıt
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

Turun digər qarşılaşmalarının oyun cədvəli belədir: 

10 yanvar

14:00. Sabah - NTD
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

17:00. Neftçi - Şəki
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

11 yanvar

15:00. Abşeron Lions - Gəncə 
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

A qrupu 

1. Abşeron Lions 11 10 1 +124 21
2. Sabah 10 9 1 +196 19
3. Gəncə 10 5 5 -29 15
4. Neftçi 10 4 6 +39 14
5. Şəki 11 2 9 -151 13
6. NTD 10 1 9 -179 11

B qrupu

1. Ordu 12 12 0 +229 24
2. Naxçıvan 11 8 3 +24 19
3. Lənkəran 12 4 8 -39 16
4. Quba 12 4 8 -46 16
5. Sərhədçi 12 4 8 -65 15
6. Sumqayıt 11 3 8 -115 14
 

Seçilən
13
2
fanat.az

3Mənbələr