AZ

Rusiya Ukraynaya zərbələr endirib: ölənlər var | VİDEO

AzVision.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda 4 adam ölüb, 16 nəfər isə yaralanıb.

“Ölənlər arasında Darnitski rayonunda pilotsuz təyyarənin çoxmərtəbəli yaşayış binasına çırpılması ilə bağlı hadisə yerinə gələn tibb işçisi də var. Kritik infrastrukturun zədələnməsi səbəbindən şəhərdə elektrik və suda fasilələr yaranıb”, - Kiyevin meri Vitali Kliçko deyib.

Zərbələrdən biri Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli yaşayış binasına düşüb. Desnyanski rayonundakı ticarət mərkəzində yanğın qeydə alınıb. Peçerski rayonunda isə 24 mərtəbəli qeyri-yaşayış binasına ziyan dəyib.

Ukrayna mətbuatının yazdığına görə, Lvov vilayətində isə Rusiya ordusunun hədəfi “Stryi” qaz yatağı, eləcə də yeraltı qaz anbarı ola bilərdi. Regional Hərbi Administrasiyanın (LVA) rəhbəri Maksim Kozitski Lvov vilayətində kritik infrastruktur obyektinin Rusiyanın zərbəsi nəticəsində zədələndiyini açıqlayıb.

Lvov vilayətinə hücumdan bir neçə saat əvvəl monitorinq kanalları 2024-cü ilin noyabrında Dnepr çayına “Oreşnik” hipersəs ballistik raketinin atıldığı Rusiyanın “Kapustin Yar” poliqonu ərazisində “atipik fəaliyyət” qeydə alındığı barədə məlumat yayıblar.

- Yanvarın 8-də saat 23:47-də Rusiya ballistik raketdən istifadə edərək Lvovdakı infrastruktur obyektlərinə raket zərbəsi endirib. Raket ballistik trayektoriya üzrə saatda təxminən 13 min kilometr sürətlə hərəkət edirdi”, - Ukrayna Silahlıqüvvələrinin (USQ) “Qərb” Hərbi Hava Komandanlığının sosial şəbəkələrdəki paylaşımında vurğulanır.

“Oreşnik” raketinin istifadəsinə dair rəsmi təsdiq hələ yoxdur. USQ-dən bildirilib ki, raketin növü onun bütün komponentləri yoxlanıldıqdan sonra müəyyən ediləcək.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
24
azvision.az

1Mənbələr