AZ

Tramp: “Ukraynadakı münaqişəni dayandırmaq istəyirəm”

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişədə çoxlu sayda insanın həlak olduğunu bildirərək bu qarşıdurmaya son qoymaq istədiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Donald Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.

ABŞ lideri Ukrayna böhranına toxunaraq qeyd edib ki, sözügedən müharibə onun deyil, əvvəlki prezident Co Baydenin dövründə başlayıb: “Bu, Baydenin müharibəsidir. Mənim müharibəm deyil. Mən bu müharibəni dayandırmaq istəyirəm, çünki çox sayda insan ölür. Onların böyük əksəriyyəti hərbçilərdir, lakin eyni zamanda çoxlu sayda mülki insan da həyatını itirir”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
40
editor.az

1Mənbələr