Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı Mübariz Mansimov barəsində istintaqa başlayıb.
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.
Prokurorluq onunla yanaşı Veysəl Şahin, hüquqşünas Ersan Şən və Ekol TV-nin baş redaktoru Əmrah Doğru barəsində istintaqa başlayıb.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilib ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.