AZ

Bakıda maşın piyadanı vurub

Bakıda maşın 78 yaşlı qadını vurub...

Poliqon xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospektində 1948-ci il təvəllüdlü Mahirə Bayramovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
43
4
poliqon.info

6Mənbələr