AZ

İran Prezidenti təhlükəsizlik qüvvələrini maksimum təmkinli olmağa çağırıb

İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.

Bu barədə Aznews.az "Al-Araby" telekanalına istinadən xəbər verir.

"Hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçınmaq lazımdır. Son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilir. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusif və Azadi rayonlarında toplaşırlar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.

Seçilən
28
5
aznews.az

9Mənbələr