Bakıda avtomobil qadın piyadanı vurub. 1news.az xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı və markası bilinməyən avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.