AZ

Tramp Rusiya əleyhinəsanksiyaları sərtləşdirir - həm də ümid edir ki...



ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini dəstəklədiyini açıqlayıb. Eyni zamanda o, Vaşinqtonun bundan istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

Tramp əlavə edib ki, ABŞ artıq "Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalara malikdir". "Rusiyanın iqtisadiyyatı çox pisdir, amma Ukraynadan daha böyükdür. Bilirsiniz, daha böyük və daha güclüdür", prezident Fox News-a verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, senator Lindsi Qrem qanun layihəsi ilə bağlı səsvermənin gələn həftə keçiriləcəyini açıqlamışdı. O, sənədin ABŞ prezidentinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrdən idxala ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcəyini deyib. Senator iddia edib ki, qanun layihəsi Konqresdəki Demokratlar və Respublikaçıların əksəriyyətinin dəstəyinə malikdir.
SAMİRƏ

Seçilən
13
baki-xeber.com

1Mənbələr