AZ

İran hakimiyyəti seçim qarşısında - Rəy

Yazını böyüt
Yazını kiçilt

"İranda etirazlar ölkənin bütün ərazilərinə yayılmaqdadır. İraqla sərhəddə yerləşən əsasən kürdlərdən ibarət olan Abdan şəhərindən rejim qüvvələri çıxıb. Oranın bütün etnik qrupları etirazlara qoşulur. Əsas proseslər isə, İranın Bəllucistan vilayətində uzun illər fəaliyyət göstərən silahlı "Ceyş ül-Ədl" qrupun geniş şəkildə hücumları ola bilər. Təbriz də etirazlara qoşulub".

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Məhəməd Əsədullazadə deyib.

O, bildirib ki ki, bu etirazlar sosial narazılıqdan siyasi etirazlara keçib.

Ekspert qeyd edib ki, bunu yaradan əsas amillər əsasən İrana qarşı sanksiyalar və rejimin islahatlara getməməsidir. Onun sözlərinə görə, etirazlar uzun müddət davam edərsə, bir çox vilayətlərdə təhlükəsizlik orqanları etirazçılara silahlar işlətməyə bilər. Bu da rejimin zəifləməsi olacaq:

"İraqla sərhəddə yerləşən Abdan şəhərindən təhlükəsizlik qüvvələrinin çıxarılması göstərir ki, Tehran rejimi güc strukturlarına etimad göstərmir. İranın Ali dini rəhbəri Ə.Xamenei bütün hakimiyyəti prezidentə ötürərsə, etirazlar səngiyə bilər. Etirazçıların əsas tələbi Ə.Xameneinəyə qarşıdır. Bu etirazlarda islahatçı prezident deyil, mühafizəkar sistem - Ə.Xamenei hədəf alınıb. Bu, mühafizəkar kəsimin islahatçı qanada uduzması deməkdir. Mühafizəkarlar hakimiyyəti prezidentə verməsə, M.Pezeşkian istefa verə bilər".

Ekspert vurğulayıb ki, hazırda İran rejimində bu böhrandan çıxmaq üçün üç ssenari müzakirə olunur:

"Birincisi, İsrailə raket atışıdır. Bu, etirazları sakitləşdirə və xalqın rejim ətrafında birləşməsinə gətirə bilər. İkinci kəsim isə hakimiyyəti prezidentə tam təhvil verib, ishalahatlara getməkdir. Üçüncüsü, İsrailə qarşı qabaqcadan hərbi əməliyyatlar keçirilə bilər. Bununla xalqın etirazlarını yatıra bilər.

M.Pezeşkian məsuliyyeti boynuna götürə və problemi həll edə bilər. Amma, fars idioloqları Azərbaycan türkünə tam səlahiyyətlər vermək istəmir. İranda etirazlar isə silahlı toqquşmalara yol aça bilər".

Tahirə Qafarlı

Seçilən
14
3
hafta.az

4Mənbələr