AZ

Ukrayna Rusiyanın bu vilayətinə hücum etdi: Yarım milyon insan...

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin kommunal infrastruktur obyektlərinə endirdiyi zərbə nəticəsində 556 min insan elektrik enerjisiz qalıb.

Publika.az xəbər verir ki, bu barədə cümə səhəri regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.

Bölgə rəhbəri elektrik kəsintilərinin altı bələdiyyəyə təsir etdiyini dəqiqləşdirib.

Qladkov həmçinin əlavə edib ki, bölgədə təxminən eyni sayda sakin istiliksiz qalıb. Belqorod vilayətinin daha 200 min sakini susuzdur.

Seçilən
88
publika.az

1Mənbələr