Yanvarın 9-u gündüzdən 10-u axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Xəbər verilir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə isə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bildirilib ki, gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması mümkündür.