AZ

Real Madrid finalda Barselona ya rəqib oldu

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə İspaniya Superkubokunda ikinci finalçı məlum olub.

"Unikal" xəbər verir ki, yarımfinalda "Atletiko" ilə qarşılaşan "Real Madrid" 2:1 hesablı qələbə qazanaraq həlledici görüşdə iştirak hüququ əldə edib.

Madrid derbisində hesab erkən qolla açılıb. Federiko Valverde 2-ci dəqiqədə "kral klubu"nu önə keçirib. Rodriqo 55-ci dəqiqədə "Real Madrid"in üstünlüyünü 2 topa çatdırıb. Matçda son nöqtəni isə 58-ci dəqiqədə "Atletiko"nun hücumçusu Aleksander Sörlot qoyub.

Bu nəticə ilə finala vəsiqə qazanan "Real Madrid" "Barselona"nın rəqibi olub. Həlledici qarşılaşma yanvarın 11-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
3
unikal.az

4Mənbələr