AZ

Alimlər almaz tapmağın daha asan yolunu tapıblar

Əvvəllər geoloqlar almazların harada olduğunu təxmin edə bilirdilərsə, indi geoloqlar almazların harada tapılacağını dəqiq şəkildə təxmin edə bilirlər.

QHT.az xəbər verir ki, Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun alimləri almaz potensialına malik süxurların müəyyən edilməsini asanlaşdıran yeni üsul hazırlayıblar. Əvvəllər geoloqlar almaz yataqlarını əsasən əlaqəli minerallara görə qiymətləndirirdilər, lakin bu metod hər zaman dəqiq nəticə vermirdi. Yeni yanaşma almazların saxlanma şəraitinə, xüsusilə kimberlit süxurlarında geniş yayılmış olivin mineralının tərkibinə əsaslanır. Tədqiqatın aparıcı müəllifi Andrea Giulianinin sözlərinə görə, almazın kəşfi və hasilatı son dərəcə çətin prosesdir.

Alimlər dünyanın 100-dən çox yatağından götürülmüş nümunələri təhlil edərək, olivinin maqnezium və dəmir tərkibinə əsaslanan sadə test hazırlayıblar. Məlum olub ki, maqneziumla zəngin olivin almazların mövcudluğu üçün müsbət göstəricidir.

Tədqiqatçılar bildirirlər ki, bu metod ənənəvi yanaşmaları tamamlayan, ucuz və effektiv kəşfiyyat vasitəsi ola bilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
28
qht.az

1Mənbələr