
Təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyəti təmin etməli, İran xalqının tələblərinə qulaq asmalıdır.
AFN.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkədə 10 gündən artıqdır davam edən etirazlar fonunda təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb.
Pezeşkian “Al Arabi” televiziyasına açıqlamasında bildirib ki, zorakılıq və məcburetmə qəbuledilməzdir.
“Hər cür zorakı hərəkətlərdən və məcburiyyətdən çəkinmək lazımdır. Maksimum təmkin, dialoq və dinc yanaşma əsas prinsip olmalıdır” - deyə İran prezidenti bildirib.
29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin ucuzlaşması və dərinləşən iqtisadi problemlər fonunda etiraz aksiyaları başlayıb.
Tehran, Təbriz və Məşhəd şəhərlərində genişmiqyaslı aksiyalar keçirilib.
Paytaxtda nümayişçilər Ayətullah Kaşani bulvarında, Yusifabad və Azadi rayonlarında toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib, yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.