Ajans.az xəbər verir ki, Mərkəzi Asiyada seysmik aktivliyi izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Düşənbə vaxtı ilə saat 02:14-də (Bakı vaxtı ilə saat 01:14) baş verib. Tacikistanın şərqindəki Dağlıq Bədəxşan Muxtar Vilayətində episentrdə baş verən yeraltı təkanların gücü 5,3 bal olub. Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.