AZ

Azərbaycanlı gənc ABŞ də itkin düşdü

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.Demokrat.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.Bildirilib ki, Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur.Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
20
demokrat.az

10Mənbələr