AZ

Tramp Rusiya tankerinin ələ keçirilməsini şərh edib

Vaşinqton, 9 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanında Rusiya bayrağı altında üzən neft tankerinin ələ keçirilməsindən danışıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı “Fox News”a müsahibəsində bildirib ki, orada Rusiya gəmiləri - sualtı qayıq və esmines olub. “Biz çatanda hər ikisi çox tez yola düşdü və biz gəmini ələ keçirdik və neft hazırda boşaldılır", - deyə Prezident qeyd edib.

Prezident bu məsələ ilə bağlı rusiyalı həmkarı ilə danışıb-danışmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
35
5
azertag.az

6Mənbələr