Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp gələn il hərbi xərclərin daha 600milyard dollar artırılmasına çalışacaq.
Trend xəbər verir ki, bubarədə dövlət başçısı “Fox News”a müsahibəsində deyib. O, bunumövcud olan bəzi real təhdidləri aradan qaldırmaq üçün edəcəyinibildirib. Beləliklə, Tramp 2027-ci ildə müdafiə büdcəsini 1,5trilyon dollara çatdırmağı nəzərdə tutduğunu qeyd edib.