AZ

Fransada güclü qasırğa gözlənilir

Bakı. Trend:

Fransanın şimal-qərb bölgələri cümə axşamı və cümə günü“Goretti” qasırğasının təsiri altına düşəcək. “Météo-France” Manşdepartamentini külək üzrə qırmızı həyəcan səviyyəsinə keçirib. Bu,2023-cü ilin noyabrında baş verən “Ciaran” qasırğasından sonra ilkbelə haldır. Ümumilikdə 27 departament yanvarın 8-i, 36 departamentisə yanvarın 9-u üçün narıncı həyəcan altındadır.

Trend xəbər verir ki,mütəxəssislərin məlumatına görə, sahilboyu ərazilərdə küləyinsürəti 150–160 km/saatadək, daxili bölgələrdə isə 130–140km/saatadək çata bilər. Paris bölgəsində 90–100 km/saatlıq güclüküləklər gözlənilir. Eyni zamanda dənizdə hündürlüyü 6–8 metrəçatan dalğalar riski var.

Qasırğa səbəbindən Normandiyada çoxsaylı qatar xətləri yanvarın8-də axşam dayandırılıb, məktəblər isə Manş departamentindəyanvarın 9-da tam bağlanacaq. Hakimiyyət orqanları əhaliyə evdəqalmağı, səfərləri təxirə salmağı və fövqəladə vəziyyət üçünhazırlıqlı olmağı tövsiyə edir.

Seçilən
79
2
az.trend.az

3Mənbələr