AZ

Almaniya sənayesinə olan sifarişlərdə artım müşahidə olunub

Bakı. Trend:

Almaniya sənayesi noyabrda əvvəlki ayla müqayisədə 5,6 faiz çoxsifariş alıb.

Trend xəbər verir ki, bubarədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.

Bu, 2024-cü ilin dekabrından bəri ən yüksək göstərici olmaqlayanaşı, sifarişlərdə artımın qeydə alındığı ardıcıl üçüncüaydır.

İnkişaf əsasən metal məmulatları istehsalçıları üzrəsifarişlərin 25,3 faiz, digər nəqliyyat vasitələrinin (təyyarələr,gəmilər, qatarlar, hərbi texnika) istehsalı sahəsində isə 12,3 faizartması ilə bağlıdır. Bu sahələrdə irihəcmli sifarişlər qeydəalınıb.

Bundan başqa, elektrik, maşınqayırma və məlumat emalıavadanlıqları istehsalı sahələrində də müəyyən artım müşahidəolunub.

Noyabrda daxili tələbat əvvəlki ayla müqayisədə 6,5 faiz, xaricitələbat isə 4,9 faiz artıb. Avrozonadan gələn sifarişlər 8,2 faiz,dünyanın qalan hissəsindən olan sifarişlər isə 2,9 faiz yüksəlib.Bu tempin davam edib-etməyəcəyi qeyri-müəyyən olsa da, analitiklərsənayedə vəziyyətin hələ də gərgin olaraq qaldığını ifadəedirlər.

Seçilən
66
2
az.trend.az

3Mənbələr