Bakı. Trend:
"Yuventus" və İqor Tudor rəsmi olaraq müqaviləni ləğvediblər.
Trend xəbər verir ki,oktyabrda istefaya göndərilən məşqçi artıq klubla heç bir öhdəliyəbağlı deyil və xarici klublarla müqavilə imzalaya bilər. LakinTudor bu mövsümdə "Yuventus"u çalışdırdığı üçün Serie A-da işləyəbilməyəcək. Məşqçinin müqaviləsi 2027-ci ilə qədər nəzərdətutulmuşdu.
Qeyd edək ki, oktyabrın sonunda "Yuventus"un baş məşqçisi kimiLuçano Spaletti təyin olunub.