AZ

Tramp: Rusiya yalnız ABŞ-dan narahatdır

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiyanın NATO üzvləri ilə bağlı mövqeyinə münasibət bildirib.

Doğru.az xəbər verir ki, Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə Rusiyanın ABŞ-dan başqa heç bir NATO ölkəsini ciddi təhlükə kimi görmədiyini deyib.

O, “Sizə deyə bilərəm ki, Rusiya bizdən başqa heç bir ölkə ilə bağlı narahat deyil”, – deyə vurğulayıb.

Qeyd edək ki, daha əvvəl amerikalı jurnalist Taker Karlson ABŞ-ın Rusiya olmadan qlobal münaqişələrdə mövcud ola bilməyəcəyini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
41
1
dogru.az

2Mənbələr