AZ

Bakıda yaşayış binasında yanğın baş verib, xəsarət alan var (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəliyaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlbolunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıyanğının onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindəyerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalınınolduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğıngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 119 kv.m olan üçotaqlı mənzilindəhlizində 1 ədəd yataq dəsti, dəhlizin divar kağızları 9kv.m.sahədə, otaqların və hamamın qapıları qismən yanıb, yüksəktemperaturdan hamamın lambirdən ibarət tavanı 5kv.m. sahədədeformasiya edib.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərəktəcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin, binasakinləri təxliyə edilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizəedilib.

Seçilən
33
6
az.trend.az

7Mənbələr