“Mançester Yunayted”in müdafiəçisi Ayden Heven yeni antirekorda imza atıb.
Paralel.az xəbər verir ki , futbolçu klub tarixində öz qapısına qol vuran ən gənc oyunçu olub.
Heven sözügedən qolunu İngiltərə Premyer Liqasının 21-ci turunda “Bernli” ilə baş tutan matçın 13-cü dəqiqəsində (2:2) vurub.
Qeyd edək ki, gənc müdafiəçi cari mövsümdə Mançester təmsilçisinin heyətində 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, hazırda 32 xalı olan "Mançester Yunayted" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda növbəti turda, yanvarın 17-də derbidə "Mançester Siti" ilə qarşılaşacaq.