AZ

Reuters: Tramp administrasiyası Qrenlandiya sakinlərinə böyük məbləğdə pul verməyi müzakirə edir...

Vaşinqton adanın ABŞ-yə qoşulmasına razılıq almaq üçün maliyyə təşviqini gündəmə gətirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiya sakinlərinə hər birinə 10 min dollardan 100 min dollara qədər birdəfəlik ödəniş edilməsi imkanını nəzərdən keçirir. Reuters Agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, bu təşəbbüs Qrenlandiyanı Danimarkadan ayrılmağa və gələcəkdə ABŞ-yə qoşulmağa razı salmaq məqsədi daşıyır.

Məlumata əsasən, məsələ ABŞ rəsmiləri arasında keçirilən daxili müzakirələrdə qaldırılıb və müxtəlif variantlar nəzərdən keçirilib. Görüşlərdə səslənən məbləğlər 10 min dollardan başlayaraq 100 min dollara qədər dəyişib. Agentlik qeyd edir ki, bu cür birbaşa ödəniş təklifi Vaşinqtonun Qrenlandiyanı “almağa” hazır olması ilə bağlı son günlərdə səsləndirilən açıqlamaları izah edə bilər.

Xatırladılır ki, Qrenlandiya Danimarkanın tərkibində özünüidarəetmə statusuna malik ərazidir. Son dövrlər ABŞ rəsmiləri açıq şəkildə adaya maraq göstərdiklərini və onu strateji baxımdan vacib hesab etdiklərini dəfələrlə bildiriblər.

Qrenlandiyanın əhalisi təxminən 57 min nəfərdir. Əgər hər bir sakinə 100 min dollar ödənilərsə, ümumi məbləğ 5,7 milyard dollar təşkil edəcək. Reuters-in vurğuladığına görə, bu rəqəm ABŞ büdcəsi üçün böyük olmasa da, beynəlxalq hüquq və siyasi baxımdan ciddi müzakirələrə səbəb ola bilər.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr