AZ

Dəm qazı niyə can alır?

Dəm qazından zəhərlənmə halları xüsusilə qış aylarında fərdi yaşayış evlərində, hamam və mətbəxlərdə daha çox qeydə alınır və bu, ciddi təhlükə olaraq qalır. Təəssüf ki, demək olar, hər gün bu səbəbdən insanların həyatını itirməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bəs dəm qazından necə qorunmaq lazımdır? Metbuat.az-ın məlumatına görə, dəm qazı əsasən qazla işləyən cihazların nasazlığı, havalandırmanın zəif olması və təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində yaranır. Bu qaz rəngsiz və qoxusuz olduğu üçün insan tərəfindən hiss edilmir və qısa müddətdə ağır zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. Ona görə də qaz sobalarının, su qızdırıcılarının və digər məişət avadanlıqlarının mütəmadi yoxlanılması əsas şərtlərdən biridir. Hamam və mətbəxlərdə havalandırma kanallarının açıq və işlək vəziyyətdə saxlanılması vacibdir. Eyni zamanda, qaz cihazlarının olduğu məkanlarda pəncərələrin tam bağlanması tövsiyə olunmuer. Mütəxəssislər həmçinin mənzillərdə dəm qazı detektorlarının quraşdırılmasını təhlükəsizliyin artırılması baxımından vacib hesab edirlər. Belə cihazlar qaz sızmasını vaxtında aşkar edərək insanları xəbərdar edir və faciələrin qarşısını almağa kömək edir. Qeyd edək ki, dəm qazı ilə bağlı ən kiçik şübhə yarandıqda dərhal bütün qaz cihazları ümumi xətdən söndürülməli, məkan havalandırılmaldır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
99
13
metbuat.az

10Mənbələr