AZ

Trampdan İrana ŞOK XƏBƏRADARLIQ: “Güclü zərbə endirəcəyik” (VİDEO)

ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin etiraz aksiyalarında iştirak edənlərə qarşı kütləvi zorakılığa yol verəcəyi təqdirdə Vaşinqtonun Tehrana qarşı “güclü zərbə” endirəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İranda baş verən hadisələri diqqətlə izləyir və etirazların gedişatı Ağ Evin nəzarətindədir. O, Vaşinqtonun vəziyyətin daha da kəskinləşməsinə biganə qalmayacağını vurğulayıb.

ABŞ prezidenti televiziya aparıcısının iğtişaşlar zamanı artıq onlarla insanın həlak olması ilə bağlı xatırlatmasına cavab olaraq qeyd edib ki, ölüm hallarının bir hissəsi kütlənin idarə olunmasında yaranan problemlər, eləcə də izdiham nəticəsində baş verən basabasla əlaqəli ola bilər.

Bununla yanaşı, Tramp İran hakimiyyətinə açıq mesaj göndərərək bildirib ki, etirazçıların məqsədli şəkildə hədəfə alınması ABŞ üçün “qırmızı xətt” hesab olunur və bu halda sərt cavab qaçılmaz olacaq.

Hadisələrlə bağlı rəsmi Tehran hələlik Trampın bəyanatına münasibət bildirməyib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
33
konkret.az

1Mənbələr