İranda etirazçılar İlam əyalətinin Banhalan kəndindəki ziyarətgahı dağıdıblar.
Bu haqda “Mehr” agentliyi məlumat yayıb.
“Etirazçılar Bədr rayonunda ziyarətgahlara hücum etdikdən sonra Bənhəlan kəndində imamların nəslindən olan Abbasın məqbərəsini yandırıblar”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İranda davam edən etiraz aksiyaları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş generalı Qasım Süleymaninin də abidəsi yandırılıb.
"Cebheinfo.az"